Adsız roman

    Əziz dostlar. Əvvəldən də bildirdiyim kimi yeni roman yazmağa başladım. Yazdıqlarımı ilk dəfə olaraq sosial şəbəkədə parçalarla paylaşacağam və sonda romana sizlərin təklifləri nəzərə alınmaqla ad seçiləcək. Ad müəyyənləşdikdən sonra isə kitab şəklində çap olunacaq.. Bəlkə də yazdıqlarıma roman demək olmaz. Bəlkə də kimlər üçünsə çox zəif yazılmış əsər olacaq. Amma bunu etməyi çoxdan arzu edirdim. Lakin vaxt və digər səbəblərdən edə bilmirdim. Demək istədiyim budur ki, pis və ya yaxşı mən bunu etməliyəm. Bu yazdıqlarımı yaşamış insanlar üçün etməliyəm. Tənqid edənlər, bəyənənlər üçün yazmalıyam. Yeni fikrimi dəstəkləyənlərə təşəkkürlər.