15.10.2012

Adsız roman. (2-ci parça)

    Rayon mərkəzində isə vəziyyət bağqa idi. Oğlunu məktəbdə tapa bilməyən Aybəniz xanım sahə müvəkkilinə vəziyyəti izah etmişdi. Sahə müvəkkili isə öz növbəsində rayon polis idarəsinə zəng edərək məlumat vermişdi. Camalı kənddə axtarmağın mənasız olduğunu anası hər kəsə izah etmiş və oğlunun özbaşına heç yere getməyəcəyinə əmin olduğunu bildirmişdi. Ona görə də Aybəniz xanım, polislər və qohum-qonşu nəsə pis bir şeyin olduğunu düşünürdülər.
    Qatar rayon mərkəzindən 1 saat idi ki aralanmışdı. Növbəti stansiyada qatar 10 dəqiqə duracaqdı. Qatar stansiyaya çatdıqda Camal vaqon-restoranda idi. Pəncərədən qatara minmək istəyən 2 polis nəfərini görən Camalın rəngi ağardı. Axtarıldığını düşünürdü. Cəld 8-ci vaqona keçdi. Təsadüfdən bələdçi vaqonun ayaqyolunu stansiyaya çatdığı üçün bağlamağı unutmuşdu. Camal açıq olan qapıdan içəri girdi və qapını arxadan bağladı. Burada gözləməkdən başqa çarəsi yox idi. Qatar hərəkətə başladı. Artıq 20 dəqiqə idi ki, o həyəcanla gözləyirdi.
    Rayon polis idarəsi dərhal Camalın itməsi ilə əlaqədar bütün bölmələrə xəbər göndərmişdi. Onun şəkli artıq  polis bölmələrinə də çatmışdı. Dəmir yol vağzalının polis bölməsinə Camalın şəkli daxil olduqda, rəis növbədə olan  polis nəfərlərini yanına çağıraraq şəkli göstərdi. Onlardan biri şəkildəki uşağa bənzəyən birini bayaq vağzalda gördüyünü bildirdi. Lakin onun tək və ya kiminləsə olması heç kimə bəlli deyildi. Həm də polis nəfəri gördüyü uşağın Camal olduğuna tam da əmin deyildi. Amma bu da bir ehtimal kimi dəyərləndirilməli idi. Dərhal bu barədə rayon polis idarəsinə bildirildi. Onıar da öz növbəsində qonşu rayonun dəmir yol polisinə xəbər verdilər.
    Ölkədə qarışıq dövr olduğundan, hər yerdə olduğu kimi qatarlarda da tez-tez yoxlamalar olurdu. Hətta bəzi hallarda qatarı polislər müşaiyət edirdi. Bu dəfə isə yoxlamanın məqsədi fərqli idi. Son dövrlər insan oğurluğunun artması rayon polis idarəsini məcbur etmişdi ki, Camalın qaçırıldığı versiyası üzərində də dayansın. Elə bu səbəbdən də qatarda axtarış aparılması barədə göstəriş verilmişdi. Stansiyada qatara minən polislər qatar rəisi ilə birgə vaqonlara baxış keçirmək üçün 1-ci vaqona keçdilər. Onlar sırayla kupelərə daxil olur və orada olan azyaşlı uşaqların və valideynlərinin sənədlərinə baxırdılar. Yaxşı ki polislər Camalın şəklini heç kimə göstərmirdilər. Yoxsa sərnişinlərdən  kimsə "səyyar satıcı"nı tanıyacaqdı. Polislər hətta bələdçi kupesinə və ayaqyoluna da baxırdılar. Camalın olduğu vaqonda axtarış başlamışdı. Vaqonda axtarış bitdikdə, polislərdən biri ayaqyolunun qapısını döydü. Camal artıq hər şeyin bitdiyni düşündü. Həyəcandan ürəyi dayanmaq üzrəydi sanki. İçəridən səs gəlmədiyini görən vaqon bələdçisi ehtiyat qapı açarını çıxararaq qapını açmaq istədi. Elə bu vaxt içəridən yaşlı kişi öskürəyi eçidildi. Bələdçi: - Üzr istəyirəm - deyərək, polislərlə birgə oradan uzaqlaşdı.
    Aybəniz xanım çarəsiz qalmışdı. Qohumların onu sakitləşdirmək cəhdləri də kömək olmurdu. Sahə müvəkkilinin otağının qarşısında toplaşan kənd camaatı rayondan gələcək xəbəri gözləyirdilər. Sahə müvəkkili isə canfəşanlıqla tez-tez rayonla əlaqə yaradır, məlumatları Aybəniz xanıma və yaxınlarına çatdırırdı. Oğlunun vağzalda görünməsi və qatarda axtarışların nəticə vermədiyi barədə xəbər Aybəniz xanıma çatdıqda sanki dünya üstünə çökmüşdü. Orada qərar tuta bilməyərək evə qayıtdı. Məqsədi rayon mərkəzinə gedib oğlunu vağzalda axtarmaq idi. Onun əhvalının pisləşdiyini görən yaxınları qonşuluqdakı həkimi çağırdılar. Həkim Aybəniz xanıma sakitləşdirici və yuxugətirici iynə vurdu. Aybəniz xanım bir neçə dəqiqə sonra artıq yuxuda idi. Qohumlar isə naəlac oturub polislərdən xəbər gözləyirdilər.
     Camalı dar bir qəfəsə salmışdılar. Köynəyi və sifəti al-qana bulaşmışdı. O, yaralı idi. Qəfəsin ətrafında isə gənc oğlanlar oturmuşdu. Onlar arabir qəfəsə baxaraq ucadan gülürdülər. Sanki ruhi xəstə idilər. Camal isə hönkürərək ağlayırdı. Gənclər ayağa durub qəfəsi qaldırdılar. Camal isə çırpınır və onu buraxmaları üçün yalvarırdı. Yerdən qaldırdıqları qəfəsi meşənin içərilərinə doğru aparmağa başladılar. Biraz aralıda quyu görünürdü. Quyunun yanında dayanan gənclər qəfəsi quyunun dibinə atmaq fikrində idilər deyəsən. Bunu görən Camal qışqıraraq yardım istəyirdi. Çətin ki meşənin bu ucqar hissəsində kimsə onu eşidərdi. Camalın fəryadı meşəyə yayılırdı. Gənclərdən biri qəfəsin içinə əlini salaraq Camalın ağzını yummaq istədi. Yanında olan yoldaşı onun qulağına nəsə dedi. O da gülümsəyərək yoldaşlarına qəfəsi yerə qoymağı tapşırdı. Gənclər qəfəsi yerə qoyaraq Camalı qəfəsdən çıxardılar. Camal yalvarırdı. Anasını görmək istədiyini ağlayaraq izah etməyə çalışırdı gənclərə. Amma onlar Camalı eşitmir və sanki  başqa dünyada idilər. Elə hey gülür, nəsə danışırdılar. Camal isə huşunu itirmək üzrə idi. Birdən meşə ağ işığa büründü. Qəfil göydən parlayan bir işıq qəfəsin yanında yerə düşdü. Gənclər qorxudan qışqırdılar. Camal isə həyəcanla işığa baxırdı. Çarəsizlikdən, hər an möcüzə gözləyirdi sanki Camal. Onlar özlərinə gəldikdə gördülər ki yerə düşən işıq deyilmiş...

Hiç yorum yok:

Yorum Gönder