Sabah seçki günüdür. Hamı bu günə özünəməxsus olaraq hazırlaşır. Kimi indidən namizədinin qələbəsini qeyd etmək üçün restoranların birində masa sifariş verir, kimi seçki başa çatdıqdan sonra hansı bəyənatı verəcəyini fikirləşir, kimi indidən seçkinin saxtalaşdırıldığı barədə açıqlama vermək üçün mətn üzərində işləyir. Bir qrup insan isə seçki günü qeyri-iş günü olacağından istifadə edərək "daha vacib" işlərinin planını cızır. Bəzisi rayona tələsir, bəzisi şəhərə. Hərə öz hayındadır.
İki gənc məhəllədə yanaşı oturublar. Onlardan biri İQTİDAR, digəri MÜXALİFƏT “təmsilçi”sidir. Onlar eyni məktəbdə və bir sinifdə oxuyublar. İqtidarı dəstəkləyən imkansız ailənin övladıdır. Hərbi xidmətdən qayıdıb və kafedə ofisiant işləyir. Müxalifətçi gəncin ailəsi isə imkanlıdır. Üstəlik valideynləri onu hərbi xidmətə buraxmayıblar. Elə iqtidarda olan tanış bir məmurun “yardımı” ilə “neqodnıy” hərbi biletini alıblar. İndi də universitetlərinin birində “təhsil alır”. Bəli sözün əsl mənasında alır. Dəsrlərdə iştirak etmədən “savad”ı və qiyməti pulla alır. Həm də kimdən? Dövlətin medalla təltif etdiyi “əməkdar müəllim”dən. O müəllimdən ki, dərslərdə dövləti, çayxanalarda müxalifəti dəstəkləyir və imkan düşdükcə orda-burda rüşvətxorluqdan dəm vurur. İqtidarı dəstəkləyən gənc isə qəbul imtahanlarından kəsilib. Ümidi gələn ilədir. O vaxta qədər isə hazırlaşmalıdır. Hazırlıq kurslarına yazılmaq istəyir. Hələ ki, buna maddi imkan olmadığından gözləyir.