Haqqımda

Mən - Anar Hikmət oğlu Rəsulov 1977-ci ildə Bakı şəhərində anadan olmuşam.
Orta təhsilmi Bakı şəhərində Hüseyn Cavid adına 132 saylı orta məktəbdə və M.T. Sidqi adına Ordubad şəhər 1 saylı orta məktəbində almışam.
Müxtəlif illərdə Rusiya Federasiyasında, Bakı şəhərində "Qızıl Şərq", "Zaman VM" nəşriyyatlarında, Türkiyənin "Korkmaz" Reklam Agentliyində, Naxçıvan Muxtar Respublikasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Naxçıvan Kompüter Təlim-Tədris və İnternet Mərkəzində çalışmışam. 2001-ci ildə "Naxçıvanın səsi" Radiosunun qurulmasında yaxından iştirak etmiş və həmin ildən radioya rəhbər təyin olunmuşam. 2004-cü ildə Naxçıvanda "Kanal 35" Televiziyasının qurulmasında da iştirak etmiş və oraya rəhbər təyin olunmuşam. 2008-ci ildə "Naxçıvanın Səsi" Radiosu və "Kanal 35" Televiziyası birləşdirilərkən yeni idarəyə baş redaktor təyin olunmuşam. Bir neçə il Naxçıvan Dövlət Universitetində müəllim olaraq da çalışmışam. 11 mart 2013-cü il tarixdən etibarən media sahəsindən ayrılmışam.
2002-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasını bakalavr və magistr olaraq fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda həm də İqtisadiyyat fakultəsində qiyabi olaraq təhsil alıram.