Camal bu il 5-ci sinfi bitirdikdən sonra yay tətilini rayonda keçirmişdi. 3 ay ona o qədər qısa gəlmişdi ki. İndi isə vaxt yetişmişdi. Artıq bir neçə gündən sonra o 6-cı sinifə gedəcəkdi. Bunun üçün də anası Aybəniz xanımın hazırlıqları bitirərək onu şəhərə aparmasını gözləyirdi. Bakıya qayıdan Camal 6-cı sinifə getdi. Bununla da onun "əsl həyatı" başladı.
Atasını itirən Camal və anası Aybəniz xanım Bakıda qala bilmədiklərindən rayona - nənəsigilə qayıtmalı oldular. Axı onlar Bakıda kirayə qalırdılar. Anasının işləməməsi isə onların şəhərdə qalmasını daha da çətinləşdirirdi. Məcburi olaraq Camal kənd məktəbində davam etdirməli idi təhsilini. Onun isə nəinki oxumağa, heç yaşamağa da həvəsi qalmamışdı. Düşdüyü gərgin vəziyyət onu sıxırdı. Dərsdən qayıdan Camal otağa qapanır və saatlarla çıxmırdı. Anası oğlunun bu vəziyyətindən çox narahat idi. Qohumların da səyinə baxmayaraq, Camal keçirdiyi sarsıntıdan azad ola bilmirdi. Qərarı qəti idin Camalın. Qacmaq... Hara, necə, kiminlə? Fərqi yox idi. Düşdüyü vəziyyətdən, məktəbdəki "atalı" uşaqların baxışlarından, atasızlıqdan qaçmaq. Həm də çox uzaqlara.
Aybəniz xanım adəti üzrə səhər Camalı səslədi. Oğlunun cavab vermədiyini görən anası onu oyatmaq üçün otağına boylandı. Gördüyünə inanmayan ana qəfil dondu. Oğlu yerində deyildi. Yataq da səliqə ilə yığışdırılmışdı. Aybəniz xanım çox həyəcanlandı. Axı ilk dəfə idi ki, belə vəziyyətlə rastlaşırdı. Cəld yaylığını qaparaq, özünü məktəb yoluna atdı.
Camal asfalt yola çıxmadan kolların arası ilə iti addımlarla gedirdi. Yoldan keçən maşınların səsi eşidildikcə əyilirdi, sanki hamı onu axtarırdı. Camalgilin kəndindən rayon mərkəzinə qədər 7-8 km olardı. O yanına kiçik idman çantası və çantada isə 2 köynək və 2 şalvar götürmüşdü. Nənəsinin, dayısının və anasının ona xərclik olaraq verdikləri pulu da 2 aydır toplayırdı Camal. Onun cibində Bakıya qədər gedə bilməsi üçün az miqdarda pul var idi. Lakin bütün bunlar onu düşündürmürdü. Biran öncə rayona çatmaq və Bakıya yollanmaq.
Aybəniz xanım məktəbin həyətinə çatanda, həyətdə direktordan başqa heç kim yox idi. Salamlaşmadan həyəcanla Camalı soruşdu. Direktor hələ heç kimin məkətəbə daxil olmadığını deyəndə, onun başına sanki qaynar su tökdülər. Özünü danlayırdı. Son zamanlarda oğlunun narahatlığını fikirləşəndə nə isə pis bir şeyin olduğunu və ya olacağını düşünürdü. Məktəbin həyətindən ayrılaraq yaxınlıqdakı kənd sahə müvəkkilinin olduğu binaya tərəf yönəldi. Sahə müvəkkili də işə gəlməmişdi hələ. Aybəniz xanımın halı pisləşirdi. Ayaq üstə dayana bilməyərək, büdrədi və yavaşca səkinin üstünə oturdu. Yaxınlıqdakı mağazanın satıcısı cəld ona yaxınlaşdı və qadının pərişan halda görərək ona su gətirməyə qaçdı. Bütün bunlar kənddə baş verirdi. Yolda isə başqa həyəcan vardı...
Camal yaxalanmadan rayona çatmağa çalışırdı. Uzaqdan rayon mərkəzi görünürdü. Yol boyu nə edəcəyini, necə uzaqlaşacağını və indi anasının onu axtardığını düşünürdü. Bu fikirlər içində o, rayon mərkəzinə çatdı. İlk olaraq planına uyğun şəkildə yaxınlıqdakı rayon bazarına getdi. 5 kg-lıq plastik vedrə aldı. Daha sonra bir neçə kg çiyələk alaraq vedrəsinə doldurdu. Bir qədər də ağ kağız alıb, cəld oradan uzaqlaşdı. Dəmir yol vağzalı elə də uzaq deyildi. Qatarın Bakıya getmə vaxtına hələ 2 saat vardı. O, vağzalın arxasındakı ağaclığa çəkilərək, çiyələkləri kağızdan düzəltdiyi toprbalara doldurdu və torbaları da yenidən vedrəyə yığdı. Məqsədi səyyar satıcılar kimi qatarda yol getmək, həm də pulunu az da olsa artırmaq idi. Ən əsası isə bir uşağın təkbaşına bilet alıb səfər edə bilməyəcəyini bildiyi üçün qatarda bu yolla diqqətə çarpmadan Bakıya çatmaq niyyətində idi. Qatar stansiyada dayandıqda o, qatar bələdçisinin diqqətinin yayınmasından istifadə edərək cəld qatara mindi. Dərhal qatar daxilində vaqonlar arası hərəkət etməyə başladı. Kimsə onu dayandırsaydı, səyyar satıcı olduğunu hələlik qizlətmək üçün vedrənin ağzını da selofanla örtmüşdü. Qatar hərəkətə başladıqda, Camal biraz rahatladı. Məqsədə doğru bir addım da atılmışdı. O cəld işə başladı. Vaqonları gəzərək çiyələkləri satmağa başladı.
Hiç yorum yok:
Yorum Gönder