Onlar birlikdə məktəbin həyətinə gəldilər. Camal məktəbə daxil olmaqdan ehtiyat edərək, həyətdə gözlədi. Murad isə cəld məktəbə girdi. Bir neçə dəqiqə sonra Camalı keçmiş sinif yoldaşları əhatəyə almışdılar. Onlar uzun illərdir ki, görüşmürlərmiş kimi Camalı sual atəşinə tutmuşdular. Camal son 2 günün əziyyətini yoldaşlarla söhbət edərək sanki unutmağa çalışırdı. Zəng vurulduqda uşaqlar Camalla sağollaşıb məktəbə girdilər. Murad isə dostunu tək qoya bilmirdi. O, belə çətin anda dostunun yanında olmağı vacib hesab edirdi. Lakin Camal buna etiraz etdi. Muradla yenə də görüşəcəyinə söz verərək, oradan ayrıldı.
Camalgilin məhəlləsinin yaxınlığında uşaqlar üçün internat məktəbi var idi. Məktəbin arxasında böyük park da vardı. Parkın sonunda isə köhnə köşklər yığılmışdı. Buraya internat məktəbinin uşaqları da dərsdən sonra toplaşardılar. Məktəb rəhbərliyi bir neçə dəfə həmin ərazinin uşaqlar üçün təhlükəli olduğunu əsas göstərərək, oranın yığışdırılmasına dair məsələ qaldırsalar da, bu iş həllini tapmamışdı. Həmin ərazi dogurdan da təhlükə mənbəyi idi. Sahibsiz köşklər, köşklərdə gecələyən "bomj"lar, ara-sıra oraya toplaşan narkomanlar, günlərini dilənməklə keçirən kimsəsiz uşaqlar və daha nələr. Ətraf zibillə, boş sprislərlə və "bomj"ların toplayıb oraya gətirdikləri "qənimət"lərlə dolu idi. Həyat üçün təhlükə mənbəyi olan bu "məntəqə"ni o ərazidə hamı tanıyırdı. Oranı "Şeytan yuvası" adlandırırdılar. Bura elə həqiqətən də şeytan yuvası idi. Camal bəzən məhəllə uşaqları ilə oraya gələr, kənardan olub-keçənlərə tamaşa edərdilər. Valideynlərinin xəbərdarlığına baxmayaraq azyaşlılar üçün maraqlı bir yer idi bu məkan. Həyatda insan hər zaman "qadağan olunan"lara meyl edir. Uşaqlar və gənclər də bundan istisna deyildilər.
Muraddan ayrıldıqdan sonra Camalın ilk ağlına gələn yer elə "Şeytan yuvası" oldu. Bir azdan Camal artıq orada idi. Lakin onun bu yerə əvvəlki gəlişlərindən bir fərqi var idi. Bu dəfə Camal buraya baş verənləri izləməyə deyil, "daimi sakin" kimi təşrif buyurmuşdu..
Sonuncu köşkün qarşısında 40-45 yaşlarında bir kişi oturmuşdu. Əslində buna oturmaq da demək olmazdı. O, köşkə söykənmiş, bir qolu ilə yerə dirsəklənərək qarşısındakı qəzeti oxuyurdu. O, Camalı sərt baxışlarla süzərək: - Bala, gəl otur - deyə yanında olan kötüyü göstərdi. Camal dinməzcə kötüyün üstündə əyləşdi.
- Evdən qaçmısan? İndi fikirləşirsən ki, hardan bilirəm? Mən 1 ildir burdayam, bala. Sənin kimi onlarla uşaq görmüşəm. Amma düz eləməmisən. Gərək ailənin qədrini biləydin. Evdən qaçmaq adama heç də yaxşı nəsə vermir. Ehhh. Kaş mən indi uşaq olardım.
Camalın susduğunu görüb, belini dikəltdi və yan tərəfdə qoyduğu termosdan bir stəkan çay süzərək Camalın qarşısına qoydu. Döşəkcəsinin altından selofan paketdə çıxardığı 2 ədəd "İris"i də Camala uzatdı.
- Fikirləşirsən ki, mən niyə burdayam bəs? Görürəm yaxşı uşağa oxşayırsan. Ona görə də gəl sən Əli dayını eşit. Qayıt evinizə. Bilirəm ki, demək istəyirsən ki, buna məcbur olmusan. Geyimindən, səliqəndən, çanta ilə gəlməyindən hiss edirəm ki, valideynlərin var. Ən azından qayğını çəkən var. Amma inan ki, bala, heç nə isti ana nəvazişini, ata qayğısını əvəz edə bilməz.
Əli kişinin sonuncu sözlərindən sonra Camalın göz yaşları yanağından aşağıya süzülməyə başladı. Əli kişi əli ilə Camalın saçlarını tumarladı. Camal bir anda hönkürərək, onu qucaqladı və bərk-bərk sarıldı. Əli kişi də kövrəlmişdi qarşısındakı məsum uşağın göz yaşlarından. Bir müddət sükutdan sonra Əli kişi köksünü ötürərərək dilləndi:
- Bala danış görək kimsən, nəçisən, adın nədir, başına nələr gəlib?
Qarşısındakı mehriban insanın diqqətli baxışları altında Camal olub keçənləri danışmağa başladı. Camalı diqqətlə dinləyən Əli kişi ayağa qalxdı, köşkə daxil olub, tez də qayıtdı. Əlində foto albom var idi. Camalın yanında əyləşdi. Əlindəki albomu vərəqləyərək Camala uzatdı.
- Al bax. Bu mənim ailəmdən qalan yeganə xatirədir.Mənim də sən yaşlarda bir oğlum və bir qızım var idi. Bir də sevib evləndiyim həyat yoldaşım. Amma indi heç kimim yoxdur. Amansız düşmən hər şeyimi əlimdən aldı. Müharibə başlayanda düşmən kəndimizə hücum etdi. Onda mən qonşu kəndin müdafiəsində idim. Kəndimizə hücum xəbərini radiodan eşitdim. O anda dünyam yıxıldı. Amma döyüşü də yarımçıq qoyub qayıda bilmədim. Bir neçə gün sonra isə birtəhər kəndə qayıtdım. Lələ köçmüşdü, yurdu qalmışdı. Evim xarabalığa dönmüşdü. Kənddə bir çox evlər dağıdılmışdı. Demək olar ki, heç kim yox idi kənddə. Düşmən də tərk etmişdi xarabalığa çevrilmiş kəndimizi. O vaxtdan sonra ailəmdən xəbər tuta bilmədim. 2 gün ac-susuz kənddə qaldım. barışa bilmirdim bu durumla. Sonra yoldaşlarım axtarıb məni tapdılar və zorla özləri ilə apardılar. Dəli kimi olmuşdum. Döyüşə bilmirdim. Bütün günü çadırda otururdum. Xəyallarım ailəmi hər yerdə axtarırdı. Amma nə fayda. Bir neçə gün sonra ailəmin qisasını almaq üçün özümü topladım və döyüşə atıldım. Ailəmin sağ olduğuna və əsirlikdə olduğuna inanırdım. Lazım olan hər yerlə əlaqə yaradırdım tez-tez. Döğru-düzgün xəbər ala bilmirdim. 2 ay sonra bizim uşaqlar hücumdan qayıdarkən meşədə bir neçə çürümüş qadın meyiti tapdılar. Yaxınları tapılar deyə, qadınların üzərində olan əşyalardan bəzilərini götürüb kəndə gətirmişdilər. O qadınların içərisində mənim həyat yoldaşım da var idi. Həyat yoldaşımın boynundakı boyunbağını da götürmüş və cəsədi oradaca dəfn etmişdilər. O boyunbağını mən ona evliliyimizin 10 illiyində almışdım. Döyüş yoldaşımın əlində o boyunbağını görəndə huşumu itirdim. Ayılanda isə dərhal uşaqlardan onun dəfn edildiyi yeri soruşub oraya getdim. saatlarla ağladım onun məzarı başında. Onun öldürüldüyünü biləndə övladlarımı tapacağıma ümidim demək olar ki qalmadı. O gündən psixi gərginlik keçirdim. Tez-tez huşumu itirirdim. Yoldaşlarım məni Bakıdan gələn maşınla hospitala yola saldılar. Xeyli vaxt orada qaldım. Sonra psixi dispanserə göndərdilər.

Hiç yorum yok:
Yorum Gönder