Ayrılıb bir anlıq real həyatdan,
Dünyanı tәrk etmәk istәyirәm mәn.
Yalandan, fitnәdәn, riyakarlıqdan,
Uzaqlarda olmaq istәyirәm mәn.
Bu fani dünyanı tәrk etsin ruhum,
Göylәrdәn izlәyim qoca cahanı.
Baxım yuxarıdan aşağıya mәn,
Görüm әtrafımda olanlar hanı?
Görüm ki, kim imiş qәdrimi bilәn,
Kim imiş, yalandan üzümә gülәn.
Kәsdiyim çörәyi ayaqlayaraq,
Kim imiş arxamca daim deyinәn.
Tanıyım dostumu, tərəfdaşımı,
Bilim harda, necə səhv etmişəm mən.
Vərəqləyim ömür dəftərlərimi
Bəlkə də həyatı lap puç etmişəm?
Araşdırım əvvəl öz səhvlərimi,
Xətrinə dəydiyim neçə insan var?
Bəlkə incitmişəm neçə adamı?
Bəlkə də haqlıymış uzaq duranlar?
Məndən sonra görüm ağlayan varmı?
Yoxsa bir andaca unudulmuşam?
Özümə yaxın dost bildiklərimlə,
Bəlkə yanılmışam, düşmən olmuşam?
Soruşum Tanrının mələklərindən,
Desinlər olubmu səhvim, nöqsanım. .
Cənnətə boylanım, yerində görüm,
Bəlkə cəhənnəmdə indidən yanım?
Bәlkә dә getməsəm daha yaxşıdır,
Bilmirәm nәlәrlә rastlaşacam mən.
Yox, yox. Qoy barışıb öz taleyimlә,
Əcəl gələnədək burda qalım mən.
Dünyanı tәrk etmәk istәyirәm mәn.
Yalandan, fitnәdәn, riyakarlıqdan,
Uzaqlarda olmaq istәyirәm mәn.
Bu fani dünyanı tәrk etsin ruhum,
Göylәrdәn izlәyim qoca cahanı.
Baxım yuxarıdan aşağıya mәn,
Görüm әtrafımda olanlar hanı?
Görüm ki, kim imiş qәdrimi bilәn,
Kim imiş, yalandan üzümә gülәn.
Kәsdiyim çörәyi ayaqlayaraq,
Kim imiş arxamca daim deyinәn.
Tanıyım dostumu, tərəfdaşımı,
Bilim harda, necə səhv etmişəm mən.
Vərəqləyim ömür dəftərlərimi
Bəlkə də həyatı lap puç etmişəm?
Araşdırım əvvəl öz səhvlərimi,
Xətrinə dəydiyim neçə insan var?
Bəlkə incitmişəm neçə adamı?
Bəlkə də haqlıymış uzaq duranlar?
Məndən sonra görüm ağlayan varmı?
Yoxsa bir andaca unudulmuşam?
Özümə yaxın dost bildiklərimlə,
Bəlkə yanılmışam, düşmən olmuşam?
Soruşum Tanrının mələklərindən,
Desinlər olubmu səhvim, nöqsanım. .
Cənnətə boylanım, yerində görüm,
Bəlkə cəhənnəmdə indidən yanım?
Bәlkә dә getməsəm daha yaxşıdır,
Bilmirәm nәlәrlә rastlaşacam mən.
Yox, yox. Qoy barışıb öz taleyimlә,
Əcəl gələnədək burda qalım mən.
Hiç yorum yok:
Yorum Gönder