3.06.2013

Heyf sәnә Türkiyә.

    Sosial medyanın yaxşı tәrәlәri ilә yanaşı pis tәrәflәrini dә ara-sıra öz ölkәmizdә görürdük. Lakin qardaş ölkәdә son günlәr baş verәn hadisәlәrin gedişinә tәrәfsiz olaraq diqqәt yetirdikdә görürük ki, böyük Türk dövlәtinin bölgәsәl güc olmasını әngәllәmәk istәyәn irticaçı qüvvәlәr sosial medyadan necә dә mәharәtlә istifadә edirlәr. "Küy"ә düşüb küçәlәrә çıxan insanların inanın ki, çoxusuna nә Taksimdәki park, nә tikilәcәk olan AVM, nә dә hadisәlәrin sonrakı mәcrası maraqlı deyil. Özü özünü әzdirәn insan kütlәsinin çox cüzi bir hissәsi nә etdiyini dәrk edir. Dәrk edәnlәrin mәqsәdi dәrk etmәyәnlәri arxalarınca aparmaqdır. AKP hökümәti kiçik bir hadisә ilә bu fürsәti gözlәyәnlırә şans verdi. Halbuki nә park, nә AVM Türkiyәnin sabitliyindәn, müstәqilliyundәn, dövlәtçiliyindәn önәmli olmamalıdır. Kütlәnin gözü qızıbsa tәbii ki, bunu indi dәrk etmәsi mümkün deyil. Ortanı qarışdıraraq hökümәti devirmәk nә türkә, nә Türkiyәyә faydalı olmayacaq. İrticaçılara da elә bu lazımdır. Suriya, İraq, Liviya vә s. Türkiyәni dә parçalasınlar. İranı da bombalasınlar. Növbә bizә dә çatsın. Sonda hansı qüvvәlır qazanacaq? Bunu düşünmәk lazımdır. Xalqmı? Xeyr. Baş verәn inqilablarda heç vaxt xalq qazanmır. Bu dünya tәcrübәsindә isbat olunubdur. Necә ki, alışdırılan ocaqda qazanan hәmişә ocaqdan istifadә edәn olur. Ocağın isә sonu kül olaraq havaya sovrulmaqdır. Mübarizәnin sivil formaları olduğu halda provakisayala getmәk sağlam düşüncә tәrzi deyil. Yazıq deyilmi Türkiyә kimi nәhәng, demokratik dövlәtә? Ayılın qardaşlar.

Hiç yorum yok:

Yorum Gönder