Bu dünyadan
nakam getdin, qardaşım,
Sən gedəndən
qurumayıb göz yaşım.
Axı səndin
mənim dostum, sirdaşım,
Bir ömrüm var,
gəl, ikimiz bölüşək,
Bəlkə gəlim o
dünyada görüşək?
Necə dözsün
ayrılığa bu ürək,
Səni məndən
alıb apardı fələk.
Sən gedəndən,
qardaş, tənha qalmışam,
Təsəllimi
məzarından almışam,
Baş daşına bu
sözləri yazmışam:
- Səni məndən
alıb apardı fələk.
Hiç yorum yok:
Yorum Gönder