Sabah seçki günüdür. Hamı bu günə özünəməxsus olaraq hazırlaşır. Kimi indidən namizədinin qələbəsini qeyd etmək üçün restoranların birində masa sifariş verir, kimi seçki başa çatdıqdan sonra hansı bəyənatı verəcəyini fikirləşir, kimi indidən seçkinin saxtalaşdırıldığı barədə açıqlama vermək üçün mətn üzərində işləyir. Bir qrup insan isə seçki günü qeyri-iş günü olacağından istifadə edərək "daha vacib" işlərinin planını cızır. Bəzisi rayona tələsir, bəzisi şəhərə. Hərə öz hayındadır.
İki gənc məhəllədə yanaşı oturublar. Onlardan biri İQTİDAR, digəri MÜXALİFƏT “təmsilçi”sidir. Onlar eyni məktəbdə və bir sinifdə oxuyublar. İqtidarı dəstəkləyən imkansız ailənin övladıdır. Hərbi xidmətdən qayıdıb və kafedə ofisiant işləyir. Müxalifətçi gəncin ailəsi isə imkanlıdır. Üstəlik valideynləri onu hərbi xidmətə buraxmayıblar. Elə iqtidarda olan tanış bir məmurun “yardımı” ilə “neqodnıy” hərbi biletini alıblar. İndi də universitetlərinin birində “təhsil alır”. Bəli sözün əsl mənasında alır. Dəsrlərdə iştirak etmədən “savad”ı və qiyməti pulla alır. Həm də kimdən? Dövlətin medalla təltif etdiyi “əməkdar müəllim”dən. O müəllimdən ki, dərslərdə dövləti, çayxanalarda müxalifəti dəstəkləyir və imkan düşdükcə orda-burda rüşvətxorluqdan dəm vurur. İqtidarı dəstəkləyən gənc isə qəbul imtahanlarından kəsilib. Ümidi gələn ilədir. O vaxta qədər isə hazırlaşmalıdır. Hazırlıq kurslarına yazılmaq istəyir. Hələ ki, buna maddi imkan olmadığından gözləyir.
İ.: Dayan, sənin acığına sabah yenə bizim namizəd seçiləcək. Onda ürəyiniz partlayacaq.
M.: Onsuzda bilirik də bunu. Seçkilər saxtalaşdırılacaq.
İ.: Xalq yaxşı bilir kimə səs verəcək. Yalandan hay-həşir salacaqsınız yenə. Sizin hakimiyyəti də görmüşük də. Ölkəni dağıtmışdınız.
M.: Dövləti dağıdan və talayan sizsiniz. Məmurlar özlərinə saraylar tikdirir. Övladları xaricdə yaşayır.
İ.: Kimin dövləti taladığı elə səninlə mənim timsalımda daha yaxşı görünür.
M.: Mənim atam öz zəhməti ilə qazanıb. Bizə dövlət heçnə verməyib.
İ.: Hərbi biletini də atan “zəhmət”lə alıb sənə?
M.: Sizinkilərdən almışıq da. Satmayaydılar.
İ.: Onu sənə satan elə öz şərəfini də satıb və o adam bizdən ola bilməz. Atanın biznesi də bu iqtidarın vaxtında inkişaf edib. Bu hakimiyyətin hesabına rahat biznes qura bilmisiniz və hələ utanmadan hakimiyyətin əleyhinə də gedirsiniz. Ona görə də arxayın ol ki, bugünkü iqtidara səs verənlərin birincisi elə sənin atan olacaq. Yalandan hay-küy edib müxalifəti dəstəkləməyinə baxma. O özünü sığortalayır. Necə deyərlər “tutar qatıq, tutmaz ayran.”
Burda müxalifətçi gənc cavab verməyə söz tapmadı və cəld qalxaraq oradan uzaqlaşdı. Bu tip söhbətləri demək olar ki, hər birimiz tez-tez eşidirik və hətta iştirakçısı da oluruq. Sizcə bu söhbətdə kim idi haqlı? Dövlətini, Vətənini, əminamanlığı ona bəxş etmiş iqtidarı dəstəkləyən, lakin imkansızlıqdan və bəzi məmurların özbaşınalığından əziyyət çəkən, təhsil ala bilməyən gənc? Yoxsa maddi imkanı yaxşı olan, dövlətin yaratdığı və hətta yaratmadığı bütün imkanlardan yararlanaraq lovğalanan, lakin əqidənin nə demək olduğunu anlamayan gənc? Hər zaman mübahisələr belə xoş sonluqla bitmir. Dəfələrlə şahidi olmuşuq belə söhbətlərin sonunda təhqir, dava-dalaş və nifrət yağdıran çıxışların olduğuna. Lap elə prezidentliyə namizədlərin bu yaxınlarda keçirilən debatlarındakı kimi. Azərbaycan xalqı tolerant xalqdır. Bunu bütün dünya bilir. Lakin əfsuslar olsun ki, siyasi tolerantlığı bacarmırıq. Siyasi mədəniyyətə sahib olmaqda çətinlik çəkirik.
Burda İstanbullu dostum Əli yadıma düşdü yenə də. Yaxşı yadımdadır ki, Türkiyə seçimlərindən az sonra İstanbulda idim. O mənə belə demişdi: - “Ərdoğanı sevmirəm. Mən Atatürkçüyəm, CHP üzvüyəm. Lakin sən Ərdoğan haqqında pis heçnə danışa bilmərsən mənim yanımda. Çünki o mənim dövlətimin başbakanıdır. Biz onu istəməsək də. Amma biz yorulmuruq və hakimiyyətə gəlmək üçün daim çalışacağıq. Nə zamansa xalqın çoxluğu bizi dəstəkləyəcək və o zaman AKP dövrü bitəcək.“
Bəli, bu əsl demokratik düşüncə idi. Ağa qara yaxmağa çalışmayan bir insanın düşüncəsi idi. Əlinin sözlərindən sonra xəyala daldım. Görəsən nə vaxtsa biz də belə düşünə biləcəyikmi? Nə vaxtsa biz də korrupsiyaya bulaşan birini ifşa edərkən onun partiya mənsubiyyətini təhlil etmədən onu qınaya biləcəyikmi? Axı iqtidar dediyin də, müxalifət dediyin də elə biz özümüzük. Müxalifətdə olmaq o demək deyil ki, mütləq birini yıxıb onun yerinə gələsən. Bugünkü inkişaf və tərəqqi göz önündədir. Bunu da formalaşdıran bugünkü iqtidardır. Hakimiyyət dəyişikliyi ilə hər şey həll olunmur axı. Hakimiyyət dəyişikliyi özü ilə yalnız problemlər gətirir, inkişaf yox. Ona görə də nöqsanlara müxalif olmaq lazımdır, dövlətə və millətə yox. Elə özümüzdən başlamalıyıq. Əgər bugün mən övladım məktəbə gedərkən “Müəllimlər günü” münasibəti ilə müəlliməsinə aparması üçün konvertin arasında 50 manat vermədiyimə görə öz ətrafım “uşağı müəlliməsinin yanında pərt eləmə” deyə məni qınayırsa, deməli elə öz ətrafımdan başlamalıyam. Rüşvəti alan da bizik, verən də. Deməli rüşvətə öyrətməliyəm övladımı? Olmazmı ki, sinifdəki bütün uşaqların valideynləri mənim kimi düşünə? Anlayıram azlıq çoxluğa tabe olmalıdır. Deməli etiraf edirik ki, biz çoxluq olaraq rüşvətə meylliyik. Onda buna dövlət və hakimiyyət neyləsin. Sənin seçdiyin namizəd qalib gələrsə bizim düşüncəmiz dəyişəcək? Xeyr. İlk olaraq bizim düşüncələrimiz və yaşam tərzimiz dəyişməlidir. Əgər rüşvət almasın deyə bugün DYP işçilərinin maaşı artırılır, əlavə olaraq topladığı cərimələrin 25%-i də onlara verilirsə və bütün bunlara baxmayaraq təhlükəsizlik kəmərindən istifadə etmədiyimiz üçün bizə cərimə yazmasın deyə DYP işçisinə zorla 20 manatı verməyə, o bunu qəbul etmədikdə isə onun “üzünə durmağa” çalışırıqsa, növbəti dəfə o mütləq 20 manatı alacaq. Necə deyərlər verən də razı, alan da. Buna dövlət neyləsin? Gəlin vicdanla cavab verək. Nə vaxt bizə haqlı olaraq cərimə yazan DYP əməkdaşının cibinə “şirinlik” ötürməyə çalışmamısınız? Həkimin ailəsində axşam süfrə arxasında məktəbdəki rüşvətdən, müəllimin ailəsində isə həkimlərin savadsızlığı və pulahərisliyindən söhbət getmirmi? Polisin oğlu universitetdəki biabırçılıqdan, professor isə ərköyün övladının yolunda polisə xərclədiyi puldan danışmırmı? Ölkə prezidentinin sərəncamı ilə yaradılmış ASAN Xidmət mərkəzlərinin tez bir zamanda əhali arasında bu qədər rəgbət qazanmasının səbəbini anlayırıqmı? “ASAN Xidmət”dən demək olar ki, dəfələrlə yararlanan vətəndaş kimi orada olarkən nə qədər qürur hissi keçirdiyimi sözlə ifadə edə bilmirəm. Orada çalışanlar kosmosdanmı gəliblər? Onlar Azərbaycanlı deyilmi? Onlar da sizin, mənim qardaş-bacılarımızdır axı. Bu yaxınlarda orada olarkən bir qadının şəxsiyyət vəsiqəsi evdə qaldığından ona xidmət göstərilmədiyinin şahidi oldum. Qadın əvvəlcə hay-küylə oradakıları təhqir etməyə çalışdı. Daha sonra isə çarəsizliyini anlayıb mühafizəçiyə yaxınlaşaraq əlindəki 5 manatı ona “ötürməyə” və ondan yardım istəməyə başladı. Mühafizəçi qadını oradan uzaqlaşdırdı və şəxsiyyət vəsiqəsi ilə gəlməli olduğunu izah etdi. Deməli biz düzəlməyi bacarırıq. Lakin bunu istəmirik. Deməli dövlət də qanunların işləməsinin tərəfdarıdır. Lakin buna sənin “day-day”ın, mənim qardaşım, onun əmisi, digərinin babası və birdə hüquqi savadsızlığımız imkan vermir. Günahı və çarəni özgədə axtarmaq adama rahat gəlir həmişə. Ona görə də bir daha düşünməliyik. Korrupsionerin, caninin, cinayətkarın partiya mənsubiyyəti, vətəni, milləti və əqidəsi olmur. Hər nə qədər “siyasi əqidə pərdəsi” arxasında gizlənsələr də.
Düzələk. Elə ilk olaraq özümüzdən başlayaq. Bu seçkilərdə hakimiyyət dəyişikliyinə yox, sabitliyə səs verək! Özümüzə səs verək!
Həm də söz verək! Söz verək ki, yeni dövrdə rüşvət verməyib hüquqlarımızı axtaracağıq. Bəzi hallarda məğlub olsaq da, dəyişmək üçün yorulmadan mübarizə aparacağıq. Söz verək ki, dövlətin yanında olub, daxildəki düşmənləri ifşa edəcəyik. Söz verək ki, rəhbərimizin ətrafında biləşərək aparılacaq islahatlarda ona kömək edəcəyik. Söz verək ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq xarici qüvvələrin təsirinə düşməyəcəyik. Söz verək ki, vəzifədəyiksə heç kimin haqqını yeməyəcəyik. Söz verək ki, öz “xeyrimiz”dən imtina edərək nazir atamızın, idarə müdiri işləyən dayımızın düzəlməsi üçün çalışacağıq. Söz verək ki, qanunu pozduqda çıxış yolunu kiməsə rüşvət verərək problemi həll etməkdə axtarmayacağıq. Söz verək ki, dövlətimizin dəyərli qanunlarını öyrənəcək və tətbiq olunmasında əlimizdən gələni əsirgəməyəcəyik. Söz verək ki, dövlətçiliyə, millətə müxalif olmayacağıq. Söz verək ki, sözümüzə əməl edəcəyik!

Hiç yorum yok:
Yorum Gönder