"Yalanlar şəhri"
Yalanlar içindә boğuluram mәn,
Yalanın böyüyü, kiçiyi olmur.
Gәrәk uyğunlaşam, "yalan" borc alam
Yalansız Bakıda keçinmәk olmur.
Qardaşım yalançı, dostum yalançı,
Ay Allah, bu qәdәr yalanmı olar?
Hәr yerdә fırıldaq baş alıb gedir,
İnsan bu şәhәrdә lap tez qocalar.
Böyük şəhərlərin böyük dərdi var,
Dərdlərin böyüyü yalandır amma.
Hər gün daha betər, daha da çətin,
Desələr düzələr, vallah inanma.
Buraya gələnlər sevinir ancaq,
Birdə ayılırsan ömür bitibdir.
İnsanlıq ölübdür, ağlayanı yox,
Sadəqət, mərhəmət, vicdan itibdir.
Nə qədər oğullar elin atıbdır,
Qohumdan, qardaşdan uzaq düşmüşük.
Vətən haraylayır, eşitmirik biz,
Axı biz Vətəndən niyə küsmüşük?
Həsən də, Məmməd də Bakıya gəlir,
Görəsən rayonda kimlər qalacaq?
Atamın, anamın, ahıl babamın
Cənazə namazın kimlər qılacaq?
Hamı axın edir böyük şəhərə,
“Ata ocağı”ndan boş ev qalıbdır.
Təmiz dağ havası udan insanlar,
Yurddan uzaqlarda məskən salıbdır.
Bu köçün min dərdi, min səbəbi var,
Hərənin ürəyi bir cür doludur.
Bilmirəm nə “hikmət” var bu şəhərdə,
Gələnlər torpağın, elin unudur.
Bakı da dərddədir, bakılılar da,
Qaldırmır bu yükü nə insan, nə daş.
Geriyə qayıdın, hələ gec deyil,
Qayıdın Vətənə, qayıdın, qardaş.
Naxçıvan, Sumqayıt, Tovuz, Lənkəran,
Şəki də, Gəncə də Azərbaycandır.
Ayıl bu qəflətdən, Vətən övladı,
Vətəndaş - Vətəndə məskən salandır.
Vətənin övladı ola bilmirik,
Sən bizi adına bağışla, Allah.
“Yalanlar şəhri”ndə haqqa qovuşsam,
Ruhumu Vətənə qaytar, ay Allah.
Anar Rəsulov / Bakı - 2013 - Avtomobil tıxacları /
Hiç yorum yok:
Yorum Gönder