Bir tikə çörəyi
yarı böləndə,
“Dostunuq”
–dedilər, inadım mən də,
Gülürdü ürəyim
onlar güləndə,
Şad günündə
sevinmişəm, gülmüşəm,
Sirrlərimi mən
onlarla bölmüşəm.
Bu həyatın hər
üzünü görmüşəm,
Nə biləydim,
yox imiş dostum mənim?!
Dostlarımı
bircə-bircə sınadım,
Hamısına özüm
kimi inandım,
Hətta bəzən mən
onları qınadım,
Nə biləydim,
yox imiş dostum mənim?!
Dostlarıma
xoşbəxtlik arzuladım,
Ağladılar, mən
onlarla ağladım.
Dar günümdə
“dost”lara bel bağladım,
Nə biləydim,
yox imiş dostum mənim?!
Axtardım özümə
həm dost, həm qardaş,
Axır sevindim
ki, tapmışam sirdaş,
Sizə rast
gələndə daş olaydım kaş,
Nə biləydim,
yox imiş dostum mənim?!
Dostlar
sağolsunlar, incimirəm mən,
Haqqımı onlara
halal edirəm,
Ayrılıq
vaxtıdır, “dost”lar gedirəm,
Nə biləydim yox
imiş dostum mənim?!
Dağların başını
duman, çən aldı,
“Dost”lar
ürəyimə min yara saldı,
Sadəlövh
vaxtlarım arxada qaldı,
Mən bilirəm,
yox imiş dostum mənim!
Hiç yorum yok:
Yorum Gönder