Dostlara
məhəbbətim,
Düşmənlərə
nifrətim,
Qanımda var
qeyrətim,
Nə fərqi var
haralı?
Vətən bundan
yaralı.
Həm o taylı, bu
taylı,
“Azərbaycan”lıyam
mən!
Vardır ulu
öndərim,
Neçə dahi
rəhbərim,
Nurludur hər səhərim,
“Azərbaycanlı”yam
mən!
Gəncəli,
Naxçıvanlı,
Göyçəli,
İrəvanlı,
Təbrizli,
Savalanlı,
“Azərbaycan”lıyam
mən!
Dədə Qorqud
nəsliyəm.
Babəkin
nəvəsiyəm,
Koroğlu
nərəsiyəm,
“Azərbaycanlı”yam
mən!
Millətimi
sevirəm,
Bununla fəxr
edirəm,
Qürur ilə
deyirəm:
- “Azərbaycanlı”yam
mən!
Hiç yorum yok:
Yorum Gönder