Bir gün qurd meşədə işə gəlmir. Hamı təəccüblənir ki, bu qurda nə olub görəsən? Heç vaxt işdən qalmazdı, yəqin başında bir iş var. Bu münvalla nahara qədər gözləyirlər. Axırda xəbər çıxmayınca çaqqala deyirlər ki, siz qohumsunuz, az-çox sən onun işlərini bilirsən. Gəl bugünlük sən onu əvəz elə. Çaqqal dərhal vəzifəsinin icrasına başlayır. İlk işi isə üzrsüz və xəbərsiz yerə iş buraxdığı üçün qurda töhmət vermək olur. Çaqqalın bu davranışını görәn digәr heyvanlar arasında söz-söhbәt başlayıır. Bir qismi deyir ki, "çaqqal düz elәmәdi, ona iş öyrәdәn vә çörәk verәnә haqsızlıq elәdi". Heyvanların başqa bir qismi dedi ki, çaqqal fәrdlәrә xidmәt etmir, qaydalara xidmәt edir. O, meşәnin qanunları çәrçivәsindә hәrәkәt etmәli idi. Belәcә mübahisәlәr böyüyür. Bu arada isә qurddan xәbәr çıxmır. Bu münvalla bir neçә gün dә keçir. Belә qәrara gәlirlәr ki qurdun tutduğu vәzifәyә artıq başqa bir heyvan tәyin edilmәlidir. Bununla bağlı meşәnin hakimi olan aslan qarşışında mәsәlә qaldırılır. Meşә Divanı toplanır. Çaqqal bu vәzifәni müvәqqәti icra edirdi. Daimi olaraq bu vәzifәyә tәyinat mәsәlәsindә hansısa heyvanın vә ya elә çaqqalın namizәdliyi mәsәlәsi iclasın gündәmindә olur. Divanda hər heyvan bir təkliflə çıxış edir. Çaqqalı dəsəkləyənlər də olur, qurdun qayıdışını gözləməyi təklif edənlər də, başqa heyvanın namizədliyini verənlər də. Aslan hər bir heyvanı diqqətlə dinləyir. Söz ayıya verilir. Ayı ağır-ağır yerindən qalxır və söhbətinə başlayır: "Mən uzun illərdir ki qurdla çiyin-çiyinə çalışıram. Onun zərərini və ya Aslana xəyanətini görməmişəm, eşitməmişəm. Nəyə görə biz qurdu axtarmırıq? Bəlkə onun bizim yardımımıza ehtiyacı var?"
Bu yerdə söz alan çaqqal ona belə cavab verir: "Əgər qurd işinə sədaqətli olsaydı özbaşınalıq etməzdi. Ən azından xəbərdar edərdi Aslanı."
Söhbətə tülkü qarışır: "Mən çaqqalla razıyam. Amma məncə ayı da haqlıdır"
İlan: "Bəlkə qurd 1-2 günə gəlib çıxacaq ? Gəlməsə tısbağanı seçək"
Dəvə: "Mənə elə gəlir ki biz bu vəzifəyə atı seçməliyik"
Elə bu yerdə iclasın keçirildiyi yerə qurd daxil olur. Bütün heyvanlar mat-məəttəl ona baxırlar. Aslandan söz alan qurd vəziyyətin nə yerdə olduğundan xəbərdar halda çıxışına başlayır: " Mən uzun illərdir ki Aslana sədaqətlə qulluq etmişəm. Bir neçə gün əvvəl səhər yerimdən qalxdıqda qulağıma səs gəldi. Diqqət edib gördüm ki, 2 insan danışır. Onlar Aslanı tutmaq barədə danışırdılar. Əgər işə gəlsəydim onların planlarından xəbərsiz olacaqdım. Ona görə də onları izləməyə və dinləməyə başladım. Bu münvalla xeyli getdik. Onlar bir mağaraya daxil oldular. Bayırdan diqqət edib gördüm ki içəridə bir qoca yatır. Həmin qoca bizim Aslanı balaca olduğu vaxt tapıb onu böyüdən və sonra onu meşəyə buraxan qoca idi. Onu dərhal tanıdım. Bu adamlar da qocanın yanında oturdular və ona dedilər ki hələ aslanı tuta bilməyiblər. Qoca isə onlara dedi ki əgər tez bir zamanda ona Aslan qanı içirməsələr o öləcək. Bunu eşidəndə həm qocaya, həm də Aslana kömək lazım olduğunu anladım. Seçim etməli idim. Uzun zaman fikirləşdim. Qocanın yanında oturan isə onun oğulları idi. Onların da vəziyyətini dərk edirdim. Ataları üçün mütləq Aslanı öldürməli idilər. İndi bir tərəfdə Aslan, bir tərəfdə Aslanın həyatını borclu olduğu qoca, digər tərəfdə də ataları üçün hər şey etməyə borclu olan 2 övlad. Nə edəcəyimi bilmirdim. Bir müddət oturub fikirləşdim. Çox çətin seçim qarşısında qalmışdım. Nəhayət qərar verdim. qocanın oğlanlarını da, qocanı da, Aslanı da xilas edəcəkdim. Qoca öz həyatının sonunda idi onsuzda. Oğlanlarının ona öz övladı kimi böyüdüb meşəyə buraxdığı həmin Aslanın qanını içirəcəklərini anlatsam, o bundan imtina edər deyə düşündüm. Beləcə oğlanların mağaradan ayrılmasını gözlədim. Onlar uzaqlaşdıqda qocaya hər şeyi danışdım. Qoca mənə öz təşəkkürünü bildirdi və son bir xahişini yerinə yetirməmi istədi. Xahişini soruşduqda, "məni parçala" dedi. Qocanın xahişini yerinə yetirməliydim. Bu ən doğru olanı idi. Birdə nə də olsa öz "işimi" görürdüm onsuzda. Qocanı parçalayıb kənarda gizləndim. Oğlanlar qayıtdıqda atalarını o halda görüb, ağladılar və daha sonra atalarını parçalayan heyvanı taparaq öldürəcəklərinə and içdilər. Bir tərəfdən öz həyatımı düşünür, digər tərəfdən də qocanın oğullarını da çətin vəziyyətdən qurtardığımı fikirləşirdim. Axı onlara Aslanı yaxalamaq heç də asan olmayacaqdı. Üstəlik onlar bunu edərkən həyatlarını də itirə bilər və atalarına verdikləri sözü tutmaya da bilərdilər. Ən nəhayətdə isə Aslanın həyatını xilas etmişdim. Sonra ordan ayrıldım və Aslanın hüzuruna gəlmək üçün yola çıxdım. Yolda qarğanı gördüm. O mənə olub bitənləri anlattı. Mən bu işlərlə məşğul ikən burada arxamca nələrin danışıldığını eşitdikdə bir anlıq buraya qayıtmaq istəmədim. Yaradılmışların belə vəfasız, öz mənfəətlərini güdən, bilmədikləri şeyləri belə utanmadan danışmaqlarını görmək acı idi. Amma nə yaxşı ki aramızda yaxşılar da var imiş. Biraz fikirləşdikdən sonra geri qayıtdım. Qocanın oğlanlarına atalarını parçaladığımı və səbəblərini bildirdim. Son borcumu da verməli idim. İlk olaraq Aslana hər şeyi anlatmalı və daha sonra qocanın oğullarına atalarının qisasını almaq şansı verməli idim. Onlardan zaman istədim, razılaşdıq. Onlarla birlikdə sizlərin hüzuruna gəldim. Bu borcumu yerinə yetirdim. İndi Aslan izn versə bayırda məni gözləyən iki insanın yanına qayıtmalıyam. Onlara söz vermişəm. Müqavimət göstərmədən həyatımı onlara verəcəyəm. Məncə hər kəs öz işini, andını, vəzifəsini layiqincə yerinə yetirməlidir. Parçalamaq mənim vəzifə borcumdur. Xeyirxaxlıq mənim duyğusal borcumdur. Sədaqətli olmaq isə mənim andımdır. Öz andıma sadiq olmaq istədiyirəmsə, digərlərinin də andına sadiq olmaları üçün çalışmalıyam. Buna görə də mən etdiklərimdən və seçimimdən peşman deyiləm. Ümid edirəm ki, haqq axtaranlar məni anlayar. Nəticədə andıma və işimə həyatım bahasına da olsa sadiq qaldığım üçün sevinirəm"
Bu sözlərdən sonra qurd oradan ayrıldı. Az sonra iki dəfə atəş səsi eşidildi.

Hiç yorum yok:
Yorum Gönder