Bugün
Misirin müdafiə naziri general-polkovnik Abdul Fəttah əs-Sisi ölkənin dağılma təhlükəsi
qarşısanda olduğunu bəyan edib. Nazir hazırkı vəziyyətin çox belə davam edəcəyi
təqdirdə ölkəni böyük fəlakətlərin gözlədiyini bildirib.
Səddama
diktator dedilər, İraqı yerlə-yeksan etdilər, susduq. Qəddafi kimi dövlət
xadimini devirdilər ki, ağ günə çıxacağıq, yenə dinmədik. Hüsnü Mübarək kimi
insana diktator dedilər, Misiri alt-üst etdilər, yenə susduq. Nə uğrunda?
Azadlıq? Vallah belə "azadlığı"
Allah düşmənə də nəsib etməsin. Belə "azadlıq"lar xalqı didərgin
salmaq, qüdrətli dövləti yıxmaq, cəmi müsəlmanların arasına nifaq toxumu səpmək
və sonra da "müsəlman dövlətlər
terroru dəstəkləyir və xalqları məhvə məhkumdurlar" şüarı altında
işğalçı müharibələr aparmağa əsas vermədən başqa heç nəyə xidmət etmir.
Düşünün görək, Mübarək vaxtında Misir belə idi? Sadəcə bircə məqama diqqət etmək bəs edər ki, o ölümünü gözə alaraq, yenə də vətənini tərk etmədi. Diktator dedikləri Qəddafi xalqı belə saxlayırdı? Səddamın dövründə İraqa "söz" demək olardı? İndi də Əsədi "laxlatmaq" istəyirlər. Mübarək zamanında Misir aşkarda balanslı siyasət yürütsə də, gizlində daim Fələstini dəstəkləyirdi və bəzən bunu gizlətmirdi də. Bu kimə sərf etmirdi? Əlbəttə ki İsrailə. Yəqin məlumunuzdur ki, Misir inqilabında İsrail xüsusi xidmət orqanlarının nə qədər "əziyyəti" olub. "Küveyt nefti" üstündə başlanan müharibənin İraq xalqının başında sınan “çanaq” olduğunu da görmədikmi? Hələ də İraqda nəinki əmin-amanlıq, heç asayiş də bərpa oluna bilmir. İranı təkləmək üçün Suriyada "azadlıq" müharibəsinin alovlandırıldığını da görmürükmü? Yəni onu da görmürükmü ki, “hər daş”ın altından ABŞ və Israil çıxır? Məqsədim dünya ölkələrində baş verən “inqilablar”a don geyindirmək deyil. Mən öz halımıza yanıram. Sabah deyəcəklər ki, Azərbaycan da inqilabın vaxtı çatıb. Hətta deməyə başlayıblar da. Bəs bizi nə vadar edir ki, bu qədər gördüklərimin qabağında daxili işlərimizi və problemlərimizi cümlə cahana faş etməklə, yeni “inqilab yuvası” yaradaq? Bugün Eynulla Fətullayevin mətbuata verdiyi açıqlamanı oxuduqda bir daha öz düşüncələrimdə haqlı olduğuma əmin oldum. Eynulla müəllim Almaniyada olarkən Frankfurtdakı mitinqin dağıdılması ilə bağlı səhnələrdən dəhşətə gəldiyini deyib. O bununla bağlı “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına da müraciət etdiyini bildirib. Eynulla müəllimin bəzi fikirlərini diqqətinizə çatdırım: “Bakıya qayıdandan sonra qəribə münasibətlə qarşılaşdım. Demək belə çıxır ki, tərifləyəndə münasibət yaxşı olur, tənqid edəndə pis.? Demək, Azərbaycanı tənqid etmək olar, Almaniyanı yox. “Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker mənə yazır ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik. Tüpürüm sizin müdafiənizə. Belə müdafiə heç mənə lazım deyil.”

Halal
olsun Eynulla müəllim. Tüpürcəyin qurumasın, qardaş. Bol-bol tüpür. Bir də
arada vaxt edəndə, arxaya dönüb daxilimizdəki “bəzi kəslər”in üzünə də tüpür. Xocalı
faciəsini görməyən, uzun illərdir ki, didərgin düşmüş insanların taleyi haqda
bircə dəfə də olsa yazmaq istəməyən “dünya mətbuatı” İsmayıllıda baş verənləri
nə tez gördü?
Mən
heç kimə sübut etmək fikrində deyiləm ki, ölkəmizdə hər şey qaydasındadır və
bizim cəmiyyətimiz də, dövlətimiz də ən yüksək səviyyədədir. Əsla. Hər bir ölkədə
olduğu kimi, bizdə də müəyyən problemlər mövcuddur. Elə uzağa getməyək. Hər
birimiz öz ailəmiz daxilində bütün problemlərdən uzağıqmı? Əsla. Dövlət də
böyük bir ailədir. Lakin bu bizə əsas vermir ki, düşmən dəyirmanına su tökək,
kimlərəsə alət olaq. Dövlətdə təmsil olunanlar da elə sizlər, bizlər deyilikmi?
Polisdən narazı olan insanların içində yaxın bir adamı polisdə işləyən
yoxdurmu? Ordudakı əsgəri incidən zabitlər Ermənistandanmı gəliblər? Onlar da sizin
qohumunuz, bizim yaxınlarımız, övladlarımız deyilmi? Məktəbdə uşaqdan pul alan
müəllim başqa millətinmi nümayəndəsidir? “Universitetdə imtahana pul ödədim”
deyib fəryad edən tələbənin həkim olan atası xəstələrə vicdanlamı xidmət edir?
Unutmamalıyıq ki, etiraz etdiklərimiz də elə bizim özümüzük. Cəmiyyəti tərbiyə
etmədən, dövlətdə qüsur axtarmaq olmaz. Əvvəlcə özümüz özümüzdə olan qüsurları
görüb aradan qaldırmalıyıq. Öz daxili problemlərimizi özümüz də həll etməliyik.
Nəyəsə etiraz edəndə də vicdanla, vətəndaş mövqeyindən yanaşaraq etmək lazımdır
axı. Bu yerdə İstanbullu dostum Əlinin sözləri yadıma düşdü: Biz ailəlikcə
CHP-liyik və Ərdoğanı sevmirik. Amma sən mənim yanımda onun haqqında artıq-əskik
heçnə deyə bilmərsən. Çünki o, mənim müstəqil dövlətimin baş naziridir”
Bu
dövlətin nüfuzunu bizlər qorumalıyıq. Azadlığımızı qorumalıyıq. Bu dövlət asanlıqla qurulmayıb, əzizlərim.
Hiç yorum yok:
Yorum Gönder