Ermənilər tarix boyunca başqa dövlətlərin idarəsi altında olmuş və bağlı olduqları dövlətlərə xidmət etmişlər. Tarixi qaynaqlarda, indi erməni adlanan insan toplusunun kökləri barədə dəqiq fikirlər və faktlar mövcud deyildir. Onların öz tarixçiləri də köklərinin haradan qaynaqlanmaları barədə fikir ayrılığına malikdirlər. Tarixə nəzər saldıqda ermənilər növbə ilə Fars, Makedon, Roma, Sasani, Bizans, Ərəb və Türk xalqlarının himayəti altında yaşamışlar. Erməni bəyliklərinin bir çoxu bölgədə hakimiyyətdə olan dövlətlər tərəfindən onları öz tərəfinə çəkmək və hakimiyyəti möhkəmlətmək üçün qurulmuşdur. Tarixə nəzər saldıqda görürük ki, ermənilərə ilk dəfə insan hüquqları və digər millətlər kimi yaşamaq haqqını Səlçuq türkləri vermişlər. Sultan Fateh zamanında isə ermənilərə din və vicdan azadlığı yüksək səviyyədə verilmiş, din və sosial fəaliyyətlərini idarə etmək üçün Erməni Patrikliyi qurulmuşdur. Daha sonra Osmanlı dövləti isə ermənilərin digər xalqlarla eynihüquqlu olmalarını təmin etdi. Hələ ilk türk mətbəəsindən 160-il əvvəl Venedikdə mətbəəçilik təlimi almış Sivaslı Apkar adlı bir erməni keşişinə 1567-ci ildə İstanbulda erməni mətbəəsi qurmaq icazəsi də verildi. İstanbuldan sonra İzmirdə, Vanda, Muşda, Sivasda və başqa şəhərlərdə də erməni mətbəələri qurulmuşdur. 1908-ci ildə təkcə Türkiyədə 38 erməni mətbəəsi fəaliyyət göstərirdi. Sadəcə İstanbul şəhərində o zaman ermənicə 5 qəzet və 7 jurnal çap olunurdu. Tarixə nəzər saldıqda görərik ki, Osmanlı dövründə ermənilər özlərinin “qızıl dövr”lərini yaşamışlar. Əsgəri xidmətdən və qismən vergilərdən güzəştli olan ermənilər ticarət, sənət, əkinçilik və bir sıra sahələrdə yüksələrək bir çox vəzifəyə qədər gəlib çıxmışdılar. Öz iç üzünü özlərinə məxsus bir hiyləgərliklə müəyyən zamana qədər gizli saxlamağı bacaran ermənilər, arzularını həyata keçirə biləcəkləri anı səbirsizliklə gözləyirdilər. Belə bir fürsət isə osmanlı dövlətinin zəifləməsi ilə meydana çıxdı. Hər zaman kənar qüvvələrin əlaltısına çevrilməyə adət etmiş ermənilərdən Avropa dövlətləri öz xeyirləri xatirinə istifadə etmə fürsətini əldən vermədilər. Bir çox dövlətlər Osmanlı dövlətini parçalamaq üçün ermənilərdən istifadə etmək planını yeganə yol olaraq görürdülər. Beləcə ümumi adı “Türk-erməni münasibətləri” olan və bir çox dövlətlər üçün məqsədə çatmaları yolunda alətə çevrilmiş qondarma bir problem yaradılmağa başladı. Ermənilər “Qərb”in dəstəyini almaq üçün özlərini “əzilən və hüquqları pozulmuş” bir xalq kimi qələmə verirdilər. Onlar 1877-78-ci illərdə Osmanlı-Rus müharibəsindən sonra Ruslardan “işğal etdikləri torpaqlardan geri çəkilməmələrini, bölgəyə muxtariyyət verilməsini və ya ermənilər lehinə islahatların aparılmasını” istəyirdilər. Ermənilərin bu tələbi ruslar tərəfindən qismən qəbul edilmişdir. Osmanlı-Rus müharibəsindən sonra imzalanan Ayastefanos müqaviləsi və daha sonrakı Berlin müqaviləsi ilə də “erməni məsələsi” beynəlxalq problemə çevrilmişdir. Əslində heç də qələmə verildiyi kimi böyük bir problem olmayan bu məsələ Türk xalqlarının, daha da məğzinə vardıqda - müsəlmanların gələcək inkişafına mane olmaq üçün şişirdilən bir məsələ idi. Hiyləgər olduqları qədər də axmaq olan ermənilər isə bu “qondarma problem”in bilavasitə iştirakçılarına və icraçılarına çevrilmişdilər. Ermənilər gələcəkdə onlar üçün heçdə xeyir gətirməyəcək bir oyunun iştirakçısı olmaq üçün namizəd olan yeganə xalq olduqlarından, bir çox dövlətlər bundan istifadə etmək qərarına gəlmişdi. Müasir tariximizdən də məlum olduğu kimi iki əsrə yaxın bir tarixi olan bu məsələdən bir çox dövlətlər indidə məharətlə istifadə etməkdədirlər.
Berlin müqaviləsi ərəfəsində bir çox ölkələrdə köçəri halında yaşayan ermənilər Anadolu bölgəsinə cəm olaraq təşkilatlanırdılar. Ermənilərdən istifadə etməyə ilk olaraq rusların başlaması bölgədə marağı olan Fransa və İngiltərəni də hərəkətə gətirmişdi. Anadoluda olan ingilis konsulluqlarının sayı xeyli artırılmış və bu bölgələrə xeyli sayda missioner axını başlamışdı. Bu tip fəaliyyətlər nəticəsində 1880-cı ildən etibarən erməni komitələrinin sayı xeyli artmışdı. Daxildən parçalanma siyasətinin məqsədə çatmaq üçün kifayət etmədiyini görən bölgədə maraqlı dövlətlər, 1887-ci ildə Cenevrədə milliyətçi “Hançak” və 1890-cı ildə Tiflisdə terror təşkilatı olan “Daşnak” komitələrinin qurulmasına nail oldular. 1906-22-cı illərdə Anadoluda və Qafqazda 517,955 türk, ermənilər tərəfindən qətlə yetirilmişdir. İtkin düşənlərlə birlikdə bu rəqəm 2 milyona yaxındır. Ermənilərin türklərə ən böyük xəyanəti isə I Dünya müharibəsində olmuşdur. Onlar səfərbərlik elan edilməsinə baxmayaraq əsgərlikdən qaçır, tutularaq əsgərə göndərilənlər isə silahları ilə birlikdə Rusların tərfinə keçərək vətənə xəyanət edirdilər. Səfərbərliyin yeni başladığı bir vaxtda ermənilər Osmanlı qüvvələrinə arxadan zərbələr endirir, üsyanlar qaldırırdılar. Üsyanları yatırmağa çalışan Osmanlı ordusunun həyata keçirdiyi nizam-intizam tədbirləri isə dünya ictimayyətinə “müsəlmanların xristianlara qarşı soyqırımı” adı altında tanıtdırılmağa çalışılır və bununla da kəskinləşən münasibətlər qızışdırılırdı. O dövrün Rus və İngilis konsulluqlarının “gizli yazışmalarında” da bu məsələ “Ermənilərin məqsədi qarışıqlıq yaradaraq Osmanlıların onlara cavab verməsinə nail olmaq və beləcə xarici ölkələrin məsələyə müdaxiləsini təmin etməkdir” fikri ilə öz əksini tapmışdı. Xarici dövlətlər də Osmanlı daxilinə səpələnmiş öz missionerlərinin yardımı ilə məsələni məqsədlərinə uyğun şəkildə dünya dövlətlərinə çatdırmaqla məşğul idilər.
Osmanlı dövləti ermənilərin qaldırdığı qiyamları yatıracağı barədə Erməni Patrikinə, erməni millət vəkillərinə və ermənilərin qabaqcıllarına dəfələrlə xəbərdarlıq da etmişdi. Lakin bu xəbərdarlıqlar heç bir nəticə vermirdi. Təhlükəsizlik tədbirləri görmək məqsədilə 1915-ci il 24 aprel tarixində Erməni komitələri bağlandı və qabaqcıllardan 2345 nəfər dövlət əleyhinə fəaliyyətdə günahlandırılaraq, həbs edildilər. Həbs edilənlər Ankara və Çankırı həbsxanalarına göndərildilər. Müasir dövrümüzdə dünya ermənilərinin və onların havadarlarının “Erməni soyqırımı” deyə dünyaya car çəkdikləri 24 aprel tarixi, əslində üsyançı erməni xəyanətkarlarının həbs edildiyi tarixdir. Osmanlı hökümətinin bu qərarından sonra hərəkətə keçən erməni katolikosu Gevorg, Amerika prezidentinə belə bir teleqram da vurmuşdu:
“Cənab prezident, Türk “Ermənistan”ından aldığımız xəbərə görə, orada qətllər başlamış, kütləvi bir terror erməni millətinin mövcudluğunu təhlükə altına almışdır. Bu çətin anlarda Cənabınızın və böyük Amerika xalqının insanı hısslərinə güvənərək, insanlıq və xristian dini adına böyük Dövlətinizin diplomatik təmsilçilikləri vasitəsilə məsələyə dərhal müdaxilə edərək, Türk fanatizminin dəhşətləri qarşısında qalan xalqımın qorunmasını xahiş edirəm”.
Gevorg. / Bütün ermənilərin katolikosu. /
Erməni katolikosunun teleqramının ardından Rusiyanın Amerikadakı səfirliyi də bu məsələ ilə bağlı Amerika höküməti ilə danışıqlara başlamışdı. Həqiqət isə sadəcə qanunsuz erməni komitələrinin bağlanması və rəhbərlərinin həbs edilməsindən ibarət idi. Lakin ermənilər məsələni bir “soyqırım” kimi göstərməyə, ruslar, amerikanlar, fransızlar isə bundan öz məqsədlərincə istifadə etməyə davam edirdilər. Bu gün dünyanın bəzi dövlətləri qondarma “Erməni soyqırımı”nı tanımağa can atırlar. Lakin unutmaq lazım deyil ki, “ən möhkəm hava balonu da, çox şişirdiləndə partlayır.”