İnternet dedikdə insanların ağlına ilk olaraq söhbət kanalları, mobil telefonlara “nəsə” yükləməyin mümkün olduğu yer, şər-böhtanlarla dolu məkan və bəzən “anonimşik”lərin məqsədə çatmalarında yardımçı olan vasitə gəlir. Əslində bu necədir? Görəsən bugünkü səviyyəyə çatmış dünyamızda həqiqətən də belədirmi? İnternet nəyə və kimə xidmət edir? Ondan qorxmaq, uzaqlaşmaq lazımdır? Yoxsa əksinə. Bügün ölkəzimdə də dünyada olduğu kimi internet geniş yayılmışdır. Son illərdə məktublaşmalar da daxil olmaqla, bir çox sənədləşmə işləri internet vasitəsilə həyata keçirilir. Hətta bütün bunların qanuniləşməsi məqsədilə müxtəlif sərəncamlar, fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir. Deməli milli və dövlətçilik maraqları baxımından internet heç də ilk təsəvvür yaratdığı kimi deyil. Hələ 1999-cu ildə Ali Məclis Sədrinin qayğısı və tapşırığı ilə o dövrün informasiya blokadası şəraitindən çıxmağa çalışan muxtar respublikamızda Naxçıvan Kompüter Mərkəzi yaradılmış və həmin müəssisə vasitəsilə insanların qlobal şəbəkəyə çıxışını təmin etmək məqsədilə kiçik tutumlu internet kanalı alınmışdı. Elə həmin ildən başlayaraq, Naxçıvanın qlobal şəbəkədə tanıdılması məqsədilə bir sıra layihələr həyata keçirilməyə başladı. “Naxçıvan Muxtar Respublikası” adlı disk hazırlandıqdan sonra, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşadığı və rəhbərlik etdiyi son 3 ili özündə xronoloji ardıcıllıqla əks etdirən “Böyük ömrün 3 ili” adlı disk hazırlandı və diskin internet variantı qlobal şəbəkədə www.1990-1993.nakhchivan.az ünvanında yerləşdirildi. 2002-ci ildə Ali Məclisin Sədri Naxçıvan Kompüter Mərkəzinin bazasında Naxçıvan Kompüter Təlim-Tədris və İnternet Mərkəzi yaradılması barədə sərəncam imzalamaqla, dövlətin bu sahənin inkişafında maraqlı olduğunu və bu sahənin təhsil sistemi qədər əhəmiyyətli sahə kimi qəbul edildiyini vurğulamışdır.
Ümummilli liderimiz Heydər Əliyev cənablarının 17 fevral 2003-cü il tarixli fərmanı ilə “Milli İnformasiya və Kommunikasiya Texnologiyaları Strategiyasının Yaradılması və İnkişaf Etdirilməsi”nin təsdiq edilməsi, Azərbaycanda İKT sektorunun inkişafı məqsədilə müxtəlif təşəbbüslərin yaranmasına təkan verdi. Bu strategiya müxtəlif sistemlərin yaradılmasına yönəlmişdir ki, bu da öz növbəsində vətəndaşları, idarə və müəssisələri, şirkətləri özlərini məlumatlandırmaq, əlaqələri inkişaf etdirmək məqsədilə rəqəmli texnologiyalardan istifadə etməyə ruhlandırır.
Ümummilli liderin ənənələrinə hər zaman sadiq olan Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin qayğısı və tapşırığı ilə 2003-cü ildə yerli internet provayder olan Nakhchivan.az yaradıldı. Daha sonralar isə muxtar respublika tarixini əks etdirən müxtəlif saytlar hazırlandı. Bunlara misal olaraq Ümummilli liderimizin Naxçıvanda yaradılmış muzeyinin www.aliyev-museum.nakhchivan.az ünvanında yerləşdirilmiş rəsmi saytını, Duzdağ Fizioterapiya Xəstəxanasına həsr olunmuş www.duzdag.nakhchivan.az, Əshabi-Kəhf ziyarətgahına həsr olunmuş www.eshabikehf.nakhchivan.az, Gəmiqaya təsvirlərinə həsr olunmuş www.gemiqaya.nakhchivan.az, Naxçıvanın tarixi şəxsiyyətlərinə həsr olunmuş www.sexsiyyetler.nakhchivan.az, muxtar respublikanın baş portalı olan www.nakhchivan.az saytlarını misal göstərmək istərdim. Bu siyahını xeyli genişləndirmək mümkündür.
Naxçıvan Muxtar Respublikasının dünyaya inteqrasiyasında rabitə və informasiya texnologiyalarının inkişafı mühüm əhəmiyyət kəsb edir. Son illər bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan informasiya blokadasını tamamilə aradan qaldırmağa nail olmuşdur. Trans Asiya-Avropa fiberoptik kabel magistralının Naxçıvan Muxtar Respublikası ərazisindən keçən 126 kilometrlik seqmenti tamamlanaraq Iran və Türkiyə şəbəkələrinə birləşdirilmişdir.
Bugün muxtar respublikamızda kompüterlə təmin edilməmiş məktəb demək olar ki, qalamışdır. Hazırda muxtar respublikada hər 25 şagirdə 1 kompüter düşür. İnformasiya və kommunikasiya texnologiyalarının yüksələn xəttlə inkişaf tempi yaxın vaxtlarda bu rəqəmin müsbətə döğru dəyişəcəyini deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu gün Naxçıvanı 8 mb/s sürətlə qlobal şəbəkəyə bağlayır. O dövrlərdən fərqli olaraq, artıq muxtar respublikamız nəinki internetlə tam təmin olunmuş, hətta deyərdim ki, bölgə dövlətləri içərisində öz inkişaf tempinə görə xüsusi yer də tutur. Bugün muxtar respublikamızın internetlə təmin edilməmiş çox az sayda məntəqələri qalmışdır. Hətta bu sahədə daha da irəli gedilərək, bir çox inkişaf etmiş dövlətlərdən fərqli olaraq, simsiz internet (Naxtel) şəbəkəsi də yaradılmışdır ki, bu da dövlətin bu sahəyə marağının və diqqətinin nəticəsidir. Məhz Ali Məclis Sədrinin qayğısı ilə hər il “Elektron Naxçıvan” layihəsi üzrə beynəlxalq konfransın və bu kimi bir sıra seminar və konfransların keçirilməsi bu sahəyə diqqət və qayğının sübutlarıdan biridir. Məqsədim Naxçıvanda internetin inkişaf tempini açıqlamaq və ya bu sahədə dövlətin göstərdiyi diqqəti, qayğını oxuculara çatdırmaq deyil. Bu sadalananlar artıq hər kəsə məlumdur və danılası mümkün olmayan faktlardır.
Hələ ötən əsrin sonlarında məşhur musiqiçi Karlos Santana yazırdı: “İnternet sərhədlərin, ölkələrin, maneələrin olmadığı və qəlbimizin daşıdığımız tək pasport olduğu bir dünyaya gedən yoldur.” Bu sahəyə kənar şəxs olmasına baxmayaraq, musiqiçinin internetlə bağlı apardığı təhlil məncə interneti dərk etməyə kifayət edir. Bəs nəyə görə insanların maariflənməsinə, məlumatlanmasına və uzaq məsafələri yox edən ünsiyyət vasitəsinə çevrilmiş interneti düzgün dərk etmirik? Nəyə görə bu vasitədən biliyimizin və dünyagörüşümüzün artırılması məqsədilə deyil, insanlığa yad məqsədlərlə istifadə edirik? Bəzən mətbuatda bütün bunlarla mübarizə aparılması işində yalnız dövlətin və müvafiq qurumların məşğul olmalı olduğunu oxuyuruq. Əslində bu heç də belə deyil. Hər işi dövlətin üzərinə atmaq haqsızlıq olardı. Bugün orta məktəblər, universitetlər, idarə və müsəəsisələr müəyyən qədər internetə çıxışla təmin edilmişdir. Bundan düzgün istifadəyə isə yerlərdə nəzarət edilməlidir. İnsanlar özləri yaradılmış bu fürsəti layiqincə dəyərləndirməli, onlara hansısa bir nəzarət olmadan da, sui-istifadə hallarına yol verməməlidirlər.
Məlumat üçün bildirmək istəyirəm ki, bu gün təkcə Azərbaycanda 10-a yaxın kitabxananın internetdə elektron kataloqları və həmin kitabxanalarda toplanmış minlərlə kitabın elektron variantı mövcuddur. Əksər idarə, müəssisə və qurumların internet saytları fəaliyyət göstərir ki, bu da insanlara xidmətin səviyyəsini artırmaqla yanaşı, vaxta qənaət deməkdir. Bu gün Naxçıvanda “internet bank” xidmətindən bir sıra bankların müştəriləri yararlana bilirlər. İnternet üzərindən “Elektron ticarət” layihəsi muxtar respublikamızda da özünü doğrultmaqdadır. Dövlətin qayğısından yararlanan və bu sahədə inkişafa etibar edən bir sıra sahibkarlar artıq internet vasitəsilə əmlak, elektron avadanlıqlar və digər məhsulların satışına başlamışlar. Muxtar respublikamızdakı otellər və mehmanxanaların internet vasitəsilə diyarımızla maraqlanan xarici ölkə və Azərbaycan vətəndaşlarını məlumatlandırması adi hala çevrilmişdir. Bunun nəticəsidir ki, hər yeni ildə ötən illərlə müqayisədə Naxçıvana maraq artır və turist axını güclənir. Bir neçə il əvvəl Naxçıvanla dünya arasında elektron əlaqənin səviyyəsi barədə düşündükdə insanların ağlına belə gəlməzdi ki, Naxçıvandan dünyanın istənilən yeri ilə internet kanalları vasitəsilə videobağlantılar həyata keçiriləcək. İndi isə nəinki müxtəlif universitet və müəssisələrlə videobağlantılar həyata keçirilir, hətta evlərdə belə insanlar dünyanın müxtəlif ölkələrindəki yaxınları ilə videobağlantılar vasitəsilə ünsiyyət qururlar. Elə bir texnoloji yenilik təsəvvür etmək mümkün deyil ki, yaradıldıqdan qısa müddət sonra muxtar respublika əhalisi onunla tanış olmamış olsun. İnternetin cəmiyyətimizə faydası barədə minlərlə misallar göstərmək mümkündür. Təkcə vergilər sahəsində aparılmış təkmilləşdirməyə əsasən vergi bəyənnamələrinin elektron variantda qəbulu bu məsələnin faydasının hansı miqyasda olduğunu dərk etməyə imkan verir.
Bu gün muxtar respublikada demək olar ki, bu sahədə əsas işlər görülmüşdür. Lakin görüləsi işlərimiz də az deyil. Hələ neçə-neçə saytlar yaradılmalı, tarixi abidələrimiz, milli mənəvi dəyərlərimiz internet vasitəsilə dünyaya çatdırılmalıdır. Muxtar respublikamızda dövlətin bu sahədə gördüyü işlərlə yanaşı insanlarımız da müəyyən işlər görməlidirlər. İnternetdən şər-böhtan dolu məlumatların ötürülməsi ilə məşgul olan “istifadəçi”lər bunun əvəzinə qlobal şəbəkədə Azərbaycanımızın və muxtar respublikamızın həqiqətlərini dünya ictimaiyyətinə aşılamaqda, aparılan quruculuq işlərini insanlara çatdırmaqda və müasir dünyada kütləvi hal almış informasiya müharibəsində dövlətə dəstək olsalar daha məqsədəuyğun olmazmı?
Bugün müəllimlər, valideynlər uşaqlara və gənclərə internetin faydalarını aşılamalı və onun fəsadları barədə məlumat verməlidirlər. Düzgün siyasi xətt, mükəmməl idarəetmə və iqtisadi yüksəliş insanlarımıza imkan verir ki, dünyada tətbiq olunan bir çox texnologiyalardan muxtar respublikamızda da yararlansınlar. Dövlətimizin bu sahəyə diqqət və qayğısının qarşılığında insanlar onlar üçün yaradılmış bu imkanlardan səmərəli istifadə etməlidirlər.